Qərbi Azərbaycan Respublikası: nələr ediləcək? – Plan






Qərbi Azərbaycan (İrəvan) Respublikasını yaratmaqda məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Hazırda artıq baş planlar tərtib edilib və bu istiqamətdə əsas vəzifələr müəyyənləşdirilib.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı professor Kamran Rütəmov Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsi təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, ilk vəzifə Qərbi Azərbaycan ərazisində yaşayan bütün azərbaycanlıların tam uçot bazasını, yaşayış məntəqələrinin adlarını, ünvanlarını və s. yaratmaqdır. Hazırda bununla Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas alim Samir Məmmədov məşğul olur:
“Qarşımızda ikinci mühüm vəzifə Milli Məclisin yaradılmasıdır. İrəvanın tarixini sübut edən abidələrə də müraciət edəcəyik. Bu da ermənilərin həmin ərazilərə heç bir aidiyyəti olmadığını sübüt etməkdə kömək edəcək. Məsələn, Qarni Məbədi (Günəş Məbədi) - atəşpərəstlərin məbədidir. Təbii ki, bu tarixi abidənin ermənilərə və onların uydurma tarixinə heç bir dəxli yoxdur. Azərbaycan tarixində ədalət və həqiqət bərpa edilməlidir. Bu, ağır və uzun yoldur. Böyük işçi qrupu yaradılacaq və bu qrup fundamental şəkildə sözügedən məsələlərlə məşğul olacaq”.
“Beləliklə, Qərbi Azərbaycanın bərpası ilə bağlı qarşıda duran əsas vəzifələr:

1. Qərbi Azərbaycan Parlamentinin və parlament sədrinin seçkiləri
2. Qərbi Azərbaycan hökumətinin yaradılması
3. Qərbi Azərbaycan Hökumətinin rəhbəri seçkiləri
4. Parlamentin ilk iclasında aşağıdakı qərarların qəbul edilməsi:

a) hazırkı strukturun əsas məqsədi 1918-1920-ci illər sərhədlərində Qərbi Azərbaycan ərazisinin tam həcmdə bərpa edilməsi və Azərbaycan Respublikasının tərkibinə daxil olmaq;

b) Sovet hökuməti tərəfindən Ermənistana qanunsuz verilmiş aşağıdakı Azərbaycan ərazilərinin Qərbi Azərbaycana qaytarılmasını təmin etmək: İrəvan quberniyasının 4 qəzası (Aleksandropol, Nor-Bayazet, Şərur-Dərələyəz); Zəngəzur, Yelizavetpol quberniyası; Qazax qəzasının Dilican dərəsi; Yelizavetpol quberniyasının Krasnoselsk rayonu; Yelizavetpol quberniyasının Gödəkçay hövzəsi.

Həmçinin Azərbaycan Milli Şurasının İrəvan qəzasının erməni dövləti yaratmaq üçün Ermənistana verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarının ləğv edilməsi.

5. Saytlar yaradılmalı və KİV-lərdən, o cümlədən sosial şəbəkələrdən istifadə edərək İrəvanın həqiqi tarixi barədə məlumatlar dünya ölkələrin ictimaiyyətinə çatdırılmalıdır.

Biz dərindən əminik ki, qarşıda duran vəzifələr sülh yolu ilə də həll oluna bilər. Lakin istisna edilmir ki, məqsədlərimiz beynəlxalq normalar çərçivəsində bütün vasitələrlə, həmçinin BMT-nin ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası ilə bağlı müvafiq maddələri ilə həyata keçirilə bilər", - deyə professor vurğulayıb.


Facebook-da paylaş