Ermənistanın ombudsman azərbaycanlı həmkarı ilə görüşmək istəyir



Ermənistanın ombudsmanı Arman Tatoyan Azərbaycanın yeni ombudsmanı ilə görüşməyə hazır olduğunu bildirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Tatoyan bunu parlamentdə ombudsmanın fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Tatoyan vurğulayıb ki, Azərbaycanın keçmiş insan hüquqları üzrə müvəkkilinə də mövcud problemləri müzakirə etmək üçün görüşməyə həmişə hazır olduğunu söyləyib.

Bununla belə, o əlavə edib ki, Dağlıq Qarabağla (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi) bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsmanı” da iştirak etməlidir.


Facebook-da paylaş