Heç kim “Müsavat”ı İsa Qəmbərə verməyib - Deputat





Bu Müsavat o Müsavat deyil. Bunları bir-birindən fərqləndirmək lazımdır. Heç kim vəsiyyətnamə ilə “Müsavat”ı İsa Qəmbərə verməyib.

Axar.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat, YAP icra katibinin müavani Siyavuş Novruzov səsləndirib.

Novruzov qeyd edib ki, həmin dövrdə Müsavat Partiyası qurulub, sonradan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib və parlamentdə də Müsavat fraksiyası olub:

“Mən başa düşürəm ki, indi AXC-Müsavat ifadəsi işlədəndə sizlər narahat olursunuz. Razi bəy, siz özünüz sədrliyə namizəd olmaq istədiyiniz üçün partiyadan çıxarıldınız. Demək istəyirəm ki, məsələləri bir-birindən ayırmaq lazımdır. Minlərlə Həsən, Hüseyn adında insan var, onların heç biri imam deyil ki”.


Facebook-da paylaş