“Laçında ermənilərlə azərbaycanlıların birgə yaşayış məskənlərinin salınması müzakirə edilib...”

"Minsk Qrupunun tövsiyəsi ilə orada BMT sülhməramlıları yerləşdiriləcək..."




“...Hələ ötən il mən məşhur Bolton planından sonra nə olacağını söyləmişdim. Mötəbər mənbədən aldığım məlumata görə, Cenevrədəki son danışıqlarda “Kaşataq”da - Laçın rayonunun cənub hissəsində azərbaycanlılarla ermənilərin ortaq yaşayış məskənlərinin salınması ilə bağlı detallar müzakirə edilib...”

Moderator.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediasına müsahibəsində 1-ci Qarabağ savaşının fiqurlarından biri, Ağdam-Əsgəran ərazisində erməni və azərbaycanlıların meyitlərinin dəyişdirilməsi prosesinin fəal iştirakçısı, qondarma separatçı rejimin keçmiş “təhlükəsizlik katibi” Vitali Balasanyan çıxış edib.  

“Heç kim ərazilərin təslim olmasına gətirəcək bu cür hallar və ya konvensiyaların qəbul edilməsi ilə bağlı gizli danışıqlar apara bilməz. Qarabağ və Ermənistanın siyasi hakimiyyəti bu kimi mövzuları müzakirə etməkdən çəkinməlidir...”-deyən  V. Balasanyan  bəhs edilən ərazidə sülhməramlı qüvvələrin yerləşdiriləcəyini də iddia edib.

“Plan belədir: Minsk Qrupunun tövsiyəsi ilə orada BMT sülhməramlıları yerləşdiriləcək. Bəlkə də həmin ərazidə yaşamağa razı olacaq sakinlər tapılacaq...”-  Qarabağda “prezidentliyə namizəd” olan erməni general belə deyib.



Facebook-da paylaş