Ərdoğan "Krım işğaldadır" dedi – Trofimçukdan şok reaksiya





Rusiya-Türkiyə münasibətləri elə xüsusi bir beynəlxalq əməkdaşlıq çərçivəsində qurulub ki, bunun pozulması asanlıqla mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür bəyanatları təkcə Türkiyə tərəfi deyil, həm də rəsmi Moskva edib:

“2016-cı ildə rus KİV-ləri Türkiyənin ziddinə kəskin bəyanatlar tirajlayırdı. Eyni hal Türkiyədə də baş verirdi. Türkiyə Prezidenti hər zamanki kimi öz çıxışı zamanı səmimi idi. Ümumiyyətlə, rəsmi Ankara yaydığı bütün bəyanatlarda səmimi olur. Lakin bu çıxışın rəsmi Moskvaya ötürülən mesaj kimi qəbul olunması düzgün olmaz. Türkiyə Prezidentinin bu çıxışı çoxlarının iddia etdiyi kimi Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcək. Çünki artıq çoxları, o cümlədən, Rusiya Ərdoğanın tərzinə bələddir. Onun emosional çıxışları hər zaman ən kəskin, ən aktual və ən təhlükəli münasibətləri tarazlaşdırmağı bacarır. Məsələn, ABŞ–Rusiya, Rusiya-Ukrayna məsələlərində olduğu kimi”.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Ukraynanın ərazi bütövlüyünü müdafiəyə davam edəcəklərini, Krımın qanunsuz ilhaqını tanımadıqlarını və bundan sonra da tanımayacaqlarını bildirib.


Facebook-da paylaş