“Onların hamısı müharibə tərəfdarıdır” – Namizədlərimiz Ermənistanı qorxuya salıb



Azərbaycanda keçiriləcək parlament seçkiləri Ermənistanda ciddi narahatlığa səbəb olmaqdadır.

Moderator.az düşmən mediasına istinadən xəbər verir ki, fevral ayında baş tutacaq seçkilərə münasibət bildirən Ermənistanın bəzi millət vəkilləri, seçkilərlə bağlı narahatlıqlarını ifadə ediblər. Erməni millət vəkillərini ən çox narahat edən məqam isə seçkiyə qatılan siaysi qüvvələrin Qarabağla bağlı sərgilədiyi qətiyyətli mövqedir.
 
Məsələn, erməni millət vəkili Tatevik Hayrapetyan bildirib ki, parlamentdə təmsil olunmaq istəyən qüvvələrin heç biri Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil. Bu qüvvələrin hamısını “müharibə tərfdarı” kimi xarakterizə edən Tatevik Hayrapetyan bildirib ki, belə olan halda Qarabağ məsələsində Azərbaycanın mövqeyində hansısa dəyişikliyin baş verəcəyinə ümid etmək olmaz.
 
Xatırladaq ki, rəsmi Bakı daim Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib və qeyd edib ki, bunun üçün Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarını azad etməli, öz işğalçılıq siyasətini dayandırmalıdır.



Facebook-da paylaş