Partiya sədri Mixail Zabelinə görə namizədliyini geri götürdü



Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deputatlığa namizədliyini geri götürüb.

Bu barədə Modern.az-a T.Qənioğlu özü məlumat verib.

“Azərbaycan Təkamül Partiyası Mərkəzi Şurasının qərarı ilə 09 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyim üçün namizədliyim 34 saylı Xətai ikinci Seçki Dairəsindən irəli sürülmüşdü. Məlum olduğu kimi YAP bu dairədən Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin daimi, əvəzedilməz üzvü Mixail Zabelinin namizədliyini irəli sürmüşdür. Bunu nəzərə alaraq, indiyədək Milli Məclisə keçirilmiş bütün seçkilərdə iştirk etmiş təcrübəli, stajlı bir namizəd kimi, qeyd edilən Dairədən namizədliyimi rəsmən geri götürmüşəm”, – deyə partiya sədri bildirib.


Facebook-da paylaş