Arkov: Bakı savaşa başlasa, ABŞ-ın reaksiyası... - Video






Amerikanın Gürcüstanda hərbi baza açması ilə Nikol Paşinyanın Qarabağla baglı aqressiv bəyanatları arasında bağlılıq var. Suriyadan çıxan hərbi kontingentin Gürcüstanın Cavaxetiya ərazisinə yerləşdirmək ideyası Ermənistan hökuməti və siyasi şərhçiləri tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, Paşinyan və onun komandası ABŞ-ın Qafqazı partlatmaq ideyasını regionda dəstəkləyə biləcək yeganə zəif bəndidir. Amma Bakı bu məsələdə daha uzaqgörən siyasət yürüdür.

Bu sözləri Axar.az-a tanınmış rus politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan bəzi əsas detalları yaddan çıxarır - ən vacibi Rusiya amili.

“Kreml ABŞ-ın bu addımına cavab olaraq hətta Kubada hərbi baza aça bilər. Əlbəttə ki, ABŞ regionda Rusiyanın liderliyinə kölgə salmağa çalışır, amma yaddan çıxarmaq lazım deyil ki, Ermənistanın taleyi Moskvanın əlindədir. Əgər Paşinyan ABŞ-a arxalanaraq Qarabağ məsələsində “nala-mıxa” vurmagı davam etdirsə, Bakı hərəkətə keçəcək...” - deyə ekspert bildirib.

Arkov əmindir ki, bu prosses baş verən kimi Ermənistan ABŞ-dan dəstək gözləyəcək, Vaşinqton isə kağız üzərində olan bir bəyanatla kifayətlənəcək:
“Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə çagırırıq” deyəcəklər, vəssalam”.



Facebook-da paylaş