Siyavuş Novruzov: "Qarabağ münaqişəsinin həlli ATƏT-ə həvalə olunub”



Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə Qarabağ komitəsinin yaradılması barədə deputat Tahir Kərimlinin təklifinə münasibət bildirib.

AzFakt.info-nun məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk iclasında çıxış edən Siyavuş Novruzov deyib ki, Qarabağ komitəsi yaransa,  millət vəkillərinin hamısı Dağlıq Qarabağ komitəsinin üzvü olmaq istəyəcək: “Bu Vətən hamımızındır və kiməsə bu halda komitəyə üzvlüklə bağlı qadağa qoymaq da düzgün olmayacaq. O baxımdan Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram. Prezident İlham Əliyev hər gün bu məsələ ilə məşğuldur. Biz bu məsələləri millət vəkilləri olaraq təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırmalıyıq. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli Xalq Cəbhəsi hakimiyyəti dövründə BMT-nin mandatından çıxarılaraq,  ATƏT-ə həvalə olunub”.



Facebook-da paylaş