“Qarabağ konfliktinin taleyini gec-tez bu üç amil həll edəcək” – PROQNOZ!

Tofiq Zülfüqarov: “Vəziyyətimizin acınacaqlı olduğunu düşünmürəm, çünki...”



Azərbaycanın işğalçı Ermənistanla səmərəsiz diplomatik  danışıqları davam etdirməsi bəzi siyasi ekspertlər tərəfindən tənqidlə qarşılanmaqdadır. Ekspertlərin bir qismi hesab edir ki, Ermənistanın bu gün də Qarabağın ermənilərə məxsusluğu ilə bağlı bəyanatlar səsləndirdiyi bir zamanda Azərbyacanın düşmənlə danışqıları davam etdirməsi ölkəmizin çarəsiz, ümidsiz olması ilə bağlı görüntü formalaşdırır, onun mövqeyini zəiflədir.

Həqiqətənmi Azərbaycanın danışıqlar prosesindən imtina etməməsi onun güclü dövlət obrazına xələl gətirir?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Azərbaycanın durumunun ümidsiz olması fikrindən uzaq olduğunu qeyd etdi:
“Mən hesab etmirəm ki, bizim vəziyyətimiz acınacaqlıdır və  ya məğlub tərəf kimi görsənirik. Bəli, təəssüflər olsun ki, biz istədiyimiz məqsədlərə nail ola bilmirik. Amma bu, heç də o demək deyil ki, bu istiqamətdə heç bir iş aparılmır.

Bu gün ən vacib məsələ ondan ibarətdir ki, Azərbaycan bir dövlət kimi inkişaf edir. Həm iqtisadi, həm hərbi, həm də demokrafiya baxımından belə bir inkişaf mövcuddur. Problemin həllində gec və ya tez məhz bu faktorlar rol oynayacaq. Danışıqlar sadəcə olaraq, mənzərənin elementlərindən biridir. Biz tariximizə baxsaq görərik ki, bizə qarşı təcavüz və işğallar danışıqlar gedən vaxtı baş verib. Siyasi fəalllıq olsa da, danışıqlar bu işğalların qarşısının alınmasına kömək etməyib.

Qeyd etdiyim kimi, danışıqlar konfliktlə bağlı mənzərənin bir hissəsidir. Bu hissədə ermənilər belə bri görüntü yaratmağa çalışır ki, problemin həllində irəliləyişə nail olmaq mümkün deyil. Lakin bu, heç də o demək deyil ki, Azərbaycanda da vəziyyətlə barışıb və işğaldakı torpaqları geri almağın mümkünsüzlüyü haqında düşünür. Bu, belə deyil. Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq və öz məqsədinə nail olmaq üçün bütün imkanlardan istifadə edəcək”.



Facebook-da paylaş