Gürcü ekspertlər bəyanat yaydı: Bakı ilə münasibətlər...





Gürcüstanda son aylarda baş verən hadisələrlə əlaqədar ölkənin aparıcı politoloqları və ekspertlərindən təşkil edilən “Suveren seçkilər üçün koalisiya” bəyanat yayıb.

AzFakt.info xəbər verir ki, bəyanata Andro Qoçiridze, Vladimir Svanadze, Tengiz Pxaladze, Tornike Şaraşenidze, Gela Vasadze, Laşa Xatiaşvili, Yeqor Kuroptev, Nikolay Levşiç, Nikoloz Çitadze, Vladimir Kopçak imza atıblar. Bəyanatda Gürcüstanın tərəfdaş dövlətləri ilə münasibətlərdə qeyri-stabillik yaradacaq müdaxiləsinə qarşı gürcü cəmiyyətinin konsolidasiyasına ehtiyac olduğu vurğulanıb. Ekspertlər kremlyönlü qüvvələrin aktivliklərini artıraraq, media orqanları və digər növ provokasiyalar vasitəsilə Gürcüstanın vacib strateji müttəfiqləri olan Türkiyə və Azərbaycandan Gürcüstan üçün mifik düşmən obrazı yaradılmasına cəhd edildiyini vurğulayıblar. Onlar Rusiyanın dövlət və kremlyönlü KİV-lərinin hazırladığı təbliğat xarakterli materialların Gürcüstanın suverenliyinə birbaşa təhdid olduğu bildirilib:

“Kremlin və Rusiya hakimiyyətinə bağlı olan faktorların fəaliyyəti Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı polemikanın dərəcəsinin azaldılmasına və gündəmin dəyişdirilməsinə, paralel mübahisəsiləri alovlandıraraq Gürcüstanın müttəfiqləri ilə münasibətlərində qeyri-stabillik yaradılmasına yönəlib. Bu kampaniyanın hədəfi kremlyönlü qüvvələrin Gürcüstanın hakimiyyət strukturlarında və 2020-ci ildə baş tutacaq seçkilərlə parlament sıralarında güclənməyə çalışmalarıdır”.


Facebook-da paylaş