BBC-dən Azərbaycanla bağlı KOBUD SƏHV - Zaxarova lağa qoydu - FOTO

BBC-dən Azərbaycanla bağlı KOBUD SƏHV - Zaxarova lağa qoydu

Dünən gecə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində BBC-nin rusca bölməsindən olan “skrin-şot”u paylaşıb.

AzFakt.info xəbər verir ki, Zaxarovanın paylaşdığı fotoda BBC-nin Qazaxıstanı Azərbaycanla səhv salması yer alıb. Belə ki, saytın hazırladığı xəbərdə Qazaxıstandakı etiraz aksiyaları haqqında məlumat verilib ki, burada etirazlar aşağıdakı formada təqdim edilib:
“Azərbaycanda yenidən Tokayev qalib gəlib. Küçələrdə kütləvi iğtişaşlar var, 500-dən çox adam saxlanılıb”.

Qeyd edək ki, bazar günü Qazaxıstanda keçirilən prezident seçkilərində Qasım-Jomart Tokayev 70%-dən artıq səslə qalib gəlib.
Bir müddətdən sonra BBC səhvini aradan qaldırıb.















Facebook-da paylaş