Erməni nazirdən Qarabağ açıqlaması: Nəticə var!





Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik.

AzFakt.info xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.
Nazir bir sıra məsələlərin ATƏT-in Minsk Qrupu həmsdərləri ilə müzakirə edildiyini bildirib:
“Bundan sonra daha əhatəli bir nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir”.


Facebook-da paylaş