“Rusiya Qarabağ məsələsində əsas maneə olaraq qalmaqdadır”

Qabil Hüseynli: “Azərbaycnın bu məsələni beynəlxalq cameənin müzakirəsinə çıxarmasına ehtiyac var”



“İşğal edilmiş torpaqlarımızın istər sülh yolu ilə, istərsə də digər yollarla azad edilməsi məsələsində ciddi maneələr mövcuddur”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin sözlərinə görə, Rusiyanın Ermənistanın mövqeyini dsətəkləməsi, işğalçını müdafiə etməsi problemin həllinə imkan vermir:

“Qarabağın azadlığı yolundakı maneələr sırasında ən ciddi maneə Rusiyadır. Ruisyanın yaratdığı KTMT də bu məsələdə maneədir. Odur ki, Azərbaycnın bu məsələni beynəlxalq cameənin müzakirəsinə çıxarmasına ciddi ehtiyac var. Çünki Ermənistan danışıqlar prosesini pozan mövqe sərgiləyir, ruslar isə onları müdafiə edirlər. Ona görə də sülhyaratma prosesində irəliləyiş yox dərəcəsindədir”.



Facebook-da paylaş