Paşinyan təhdid etdi: Çevriliş etsəniz, Qarabağda...





Dağlıq Qarabağı əks-inqilab ocağına çevirmək cəhdi uğursuzluğa düçar olub.

AzFakt.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan başlayıb.

“Əgər kimsə Qarabağı əks-inqilab ocağına çevirsə, Qarabağ xalqı onu inqilab ocağına çevirəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Paşinyan bundan öncə Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə gəlib. O, burada Şuşanın işğalı günüylə əlaqədar təşkil edilən tədbirlərdə iştirak edib.

Paşinyan səfərdən az öncə Qarabağdakı qondarma rejimi tənqid edib. Tənqidə əsas səbəb qondarma rejimin lideri Bako Saakyanla eks-lideri Arkadi Qukasyanın Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün Ermənistan Baş Prokurorluğuna müraciət etmələri olub. Paşinyan isə bundan sonra onlardan ölkənin daxili işlərinə müdaxilə etməmələrini tələb edib və Köçəryanın həbsini ən böyük uğur adlandırıb.
Paşinyanla Qarabağdakı qondarma rejim arasında belə açıq toqquşma artıq ikinci dəfədir yaşanır. Bundan öncə qondarma rejimin deputatlarının Köçəryanı azad etməklə bağlı keçən il etdikləri müraciətə Paşinyan həddən artıq sərt reaksiya vermişdi.


Facebook-da paylaş