Qaqauziya prezidenti: “Mehriban Əliyeva Qaqauziyada nəhəng tikinti işləri aparır”



“Azərbaycan həmişə Qaqauziyaya kömək edib və xalqımız bunu heç vaxt unutmayacaq. Xalqlarımızın dil və mədəni yaxınlığı bizi birləşdirir”, - vurtualaz.org-un əməkdaşı ilə söhbətində Moldovanın Qaqauz muxtar ərazi vahidinin başqanı, ölkə hökumətinin üzvü İrina Vlax deyib.

Moldovalı siyasi xadim qeyd edib ki, iki ölkə - Türkiyə və Azərbaycan heç vaxt Qaqauziyanı dəstəksiz qoymayıblar və bu, regionun inkişafı üçün vacibdir.



“Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hazırda bizim inzibati mərkəzdə - Komratda nəhəng və müasir Mədəniyyət-tədris mərkəzi tikir. Mərkəzin bu ilin payızında istifadəyə verilməsi gözlənilir və biz artıq prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təntənəli açılış mərasiminə dəvət etmişik”, - o bildirib.

Eyni zamanda, İrina Vlax bəzi KİV-lərin qaqauzların Moldovadan ayrılmaq istəmələri barədə iddialarını qətiyyətlə rədd edib:

“Tam məsuliyyətlə bəyan edirəm ki, bizim qaqauz muxtariyyətində heç vaxt separatçı iddialar olmayıb. O da doğru deyil ki, Türkiyə və Rusiya hər biri öz təsəvvürünə görə qaqauzları separatçılığa itələmək istəyirlər. Biz heç vaxt onlar tərəfdən təzyiq hiss etməmişik və hər zaman Moldovanın bütövlüyünün tərəfdarı olmuşuq. Yeganə iddiamız ölkəmizin yalnız bir mərkəzlə deyil, bütün ölkələrlə dövlətimizin maraqları çərşivəsində əməkdaşlıq etməsidir”.(virtualaz.org)



Facebook-da paylaş