General Ter-Qriqoryants: Ermənistan Qarabağın erməni torpağı olmasını dünyaya sübut edə bilmədi



Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının keçmiş rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra etmiş Qarabağ müharibəsi “qəhrəmanı”, erməni general Norat Ter-Qriqoryants Ermənistan KİV-lərinə müsahibəsində 2016-cı ilin aprel ayında baş vermiş hadisələri erməni xalqının faciəsi adlandırıb.

Xatırladaq ki, iki il öncə Azərbaycan Silahlı Qüvvələri əks-hücum nəticəsində işğal olunmuş ərazilərdə bir neçə vacib yüksəkliyi ələ keçirə bilmişdilər.

Azərbaycana atom bombası ilə hədə-qorxu gələn Norat Ter-Qriqoryantsı indi narahat edən fakt odur ki, ötən illər ərzində Ermənistan XİN Qarabağın “erməni torpağı” olmasını “sübuta yetirə” bilməyib.

“Heç kim dünya ictimaiyyətini, BMT-ni inandıra bilməyib ki, Yerevan Qarabağı işğal etməyib, Azərbaycan kimi işğalçı dövlət bizə hücum edəndən (?!) sonra azad edib. Millətimiz mübarizə aparıb və öz torpağını azad edib və əgər o, bircə millimetr Azərbaycana məxsus olsaydı belə, müharibə qaydalarına görə, azad edilmiş ərazi hesab olunur, çünki hücum meydanıdır və işğalçıya qaytarıla bilməz”, - Ter-Qriqoryants müsahibəsində deyib.




Facebook-da paylaş