Sərkisyan: Biz Qarabağ üçün hər iki varianta hazırıq





Ermənistan hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətində deyil, bizim belə məqsədimiz yoxdur.

Oxu.az-ın xəbərinə görə, bu barədə Ermənistan Prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinin Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasda bəyan edib. Sərkisyan bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

“Bir əllə atəş açmaq, digəri ilə isə danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparırıq, ya da atəş açırıq. Ermənistan hər iki varianta hazırdır”, - Sərkisyan qeyd edib.

Onun sözlərinə əsasən, danışıqlar qarşılıqlı etimad şəraitində keçirilməlidir.


Facebook-da paylaş