Əsas Səhifə > Ölkə > “Azərişıq”: Şimal bölgəsində başlanan güclü küləyin fəsadlarını önləmək üçün tədbirlər görülür

“Azərişıq”: Şimal bölgəsində başlanan güclü küləyin fəsadlarını önləmək üçün tədbirlər görülür


5-08-2019, 11:11



“Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”.

Bunu virtualaz.org-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır: “Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.



Geri qayıt