Azərbaycanda daha 220 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib – 145 nəfər isə sağalıb



Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a bildiriilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib. Hazırda 2 281 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə 2 571 016 test icra olunub”.


Facebook-da paylaş