Azərbaycanda daha 58 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib – Qərargah son məlumatı yaydı



Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 102 nəfər sağalıb, 58  yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 40 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 702-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 496, bu günə qədər isə ümumilikdə 1 110 279 test icra olunub”.


Facebook-da paylaş