Zərdab İcra Hakimiyyətində həbslər... - Rəsmi







Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməyib, amma müəyyən həbslər baş verib.

Bu barədə Axar.az-a Zərdab Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov deyib.

O bildirib ki, hazırda vəzifədə olan 2 nəfər saxlanılıb:

"Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi və hazırkı bələdiyyə sədri saxlanılıb. Onların həbs edilib-edilməməsi barədə tam məlumatım yoxdur. Həmin icra nümayəndəsini icra başçısı Mərdan Camalzadə 1 ay əvvəl vəzifədən azad etmişdi. Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov isə rayon prokurorluğuna dəvət olunub və oradan aparılıb".

Qeyd edək ki, S.Əhmədovun və daha iki məmurun həbsi ilə bağlı ilk məlumatı Avropa.info saytı yayıb


Facebook-da paylaş