Tanrıverdi Mustafayev: “Son iki ildə Hacıqabulda 51 km naqil çəkilib”


  10 kV-luq hava xətlərində 754 ədəd dayaq basdırılıb 


“Son iki ildə Hacıqabul rayonunun 1 200 abunəçisi olan Udulu kəndində 35/10 kV-luq yeni “1-ci Udulu” yarımstansiya tikilib, 110/35/10 kV-luq “Qazıməmməd” yarımstansiyasının gücü 2 dəfədən çox artırılaraq 16 MVA olub, 36 ədəd yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb”. 
Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Bundan başqa, onun sözlərinə görə, rayonda 10 kV-luq hava xətlərində 754 ədəd dayaq basdırılıb: “Həmçinin 50 900 metr naqil çəkilib, 0,4 kV-luq hava xətləri üzrə isə 4 163 ədəd dayaq basdırılmaqla, 73 954 metr özünüdaşıyan izolyasiyalı naqil qurlaşdırılıb. Hal hazırda Hacıqabulun Nəvai və Pirsaat qəsəbələrində, Udulu, Padar və başqa kəndlərində elektrik hava veriliş xətlərinin yenilənməsi, çəkilməsi, təmiri, bərpası istiqamətində sürətli işlər davam edir”.


Facebook-da paylaş