“Azərişıq”: Şimal bölgəsində başlanan güclü küləyin fəsadlarını önləmək üçün tədbirlər görülür



“Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”.

Bunu virtualaz.org-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır: “Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.



Facebook-da paylaş