Sərhədçilər işğalçılarla atışmada: erməni muzdlusu ağır yaralandı



İyulun 27-də saat 11:00 radələrində Ermənistan dövlət sərhəddinin şimal-şərq hissəsində-Tavuş bölgəsində müqaviləli erməni hərbi qulluqçu güllə yarası alıb.

Virtualaz.org bildirir ki, xəbəri Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

**
13:08

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düş-mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “KamAZ” markalı hərbi yük maşını atəşə tutulmuş, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.




Facebook-da paylaş