Prezident Seyfulla Əzimovu Daxili İşlər nazirinin birinci müavini təyin etdi



Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, S.Əzimov bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.

Xatırladaq ki, cari il iyun ayının 20-dək sözügedən postu hazırkı Daxili İşlər naziri Vilayət Eyvazov tutub. 



Facebook-da paylaş