Zakir Qaralovdan yeni TƏYİNATLAR

Zakir Qaralovdan yeni TƏYİNATLAR

Baş Prokurorluqda bir sıra təyinatlar olub.

Bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki İmran Ələsgər oğlu Əhmədov Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Bakı hərbi prokuroru vəzifəsində qulluq keçib.

Digər əmrə əsasən, ədliyyə polkovniki Elçin Süleyman oğlu Hacıyev Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Lənkəran hərbi prokuroru vəzifəsində qulluq keçib.

Hər iki məlumatı hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.


Facebook-da paylaş