Prezident Ağdamın icra başçısını işdən çıxardı, Binəqədiyə yeni başçı təyin etdi


Raqub Məmmədov

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.

AzFakt.info xəbər verir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.
Prezidentin bu gün imzaladığı digər sərəncamla Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.


Facebook-da paylaş