ABŞ şirkəti Laçında tarix-diyarşünaslıq muzeyini təmir edib - “KarabakhTV”



Xəbər verdiyimiz kimi, ABŞ-da təsis edilən və qeydiyyatda olan “Ayrenaser”(“Vətənpərvər”) şirkəti Azərbaycanın erməni işğalı altındakı ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirir. 

Moderator.az yazır ki, “KarabakhTV”  bu haqda  Xankəndindəki separatçı-terrorçu rejimin media vasitələrində dərc olunmuş məlumatlara əsasən xəbər yayıb.  Ermənistanın təcavüzkar siyasətinə  dəstək verən şirkət hazırda Laçın rayonu mərkəzində və bir sıra kəndlərdə də təmir-bərpa və tikinti işləri aparır. 

“Ayrenaser”in həmtəsisçisi Stepan Sarkisyanın erməni medasına verdiyi məlumata görə, Laçındakı qədim Azərbaycan mədəniyyəti nümunələri ilə zəngin olan tarix-diyarşünaslıq muzeyində də təmir-bərpa işləri yekunlaşıb. Və sözsüz, muzeydəki eksponatlar erməni tarixinin nümunələri kimi təyidim edilir. 

Bundan başqa Amerika şirkətinin sponsorluğuyla Laçın şəhərindəki kitabxanalardan biri də təmir edilib.   

Hazırda  rayonun Hoçaz kəndində yanmış yaşayış evi təmir edilir. 2018-ci ilin yazında isə Laçın rayon mərkəzindəki təhsil müəssisələrində təmir-tikinti işləri aparılacaq.



Facebook-da paylaş