Güclü külək qərb bölgəsində fəsadlar törətdi



Azərbaycanın qərb bölgəsində bu gün saat 17 radələrindən əsməyə başlayan güclü külək bır sıra fəsadlar yaradıb. 

AzFakt.info yerli KİV-ə istinadən bildirir ki, Gəncədə külək bəzi ərazilərdə iri gövdəli ağacların budaqlarını qırıb.
Aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçiriblər.

Samux və Şəmkir rayonlarında da külək iri gövdəli ağacları qoparıb. Həmçinin elektrik və rabitə xətləri qırılaraq yararsız hala düşüb. Şəmkirdə bir yaşayış binasının dam örtüyü də yararsız hala düşüb.

Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.




Facebook-da paylaş