İlham Əliyev Soçiyə gedir - Putinlə görüşəcək


Azərbaycan Prezident İlham Əliyev bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.


Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib:
"Bu gün axşam saatlarında Soçidə İlham Əliyev və Vladimir Putinin işgüzar görüşü keçiriləcək".

Liderlərin görüşdə hansı məsələləri müzakirə edəcəyi açıqlanmayıb.


Facebook-da paylaş