Əsas Səhifə > Mədəniyyət > “Türkiyədə müalicə olunuram”

“Türkiyədə müalicə olunuram”


6-02-2020, 00:14


Əməkdar artist Ehtiram Hüseynovun ötən il dekabrın 18-də Xalq artisti Nəzakət Teymurovayla Xalq şairi Ramiz Rövşənin şeirlərinə yazılan mahnılardan ibarət “Qəfil gün doğsa bir gecə” konsert proqramıyla çıxış etdikdən sonra səhhətində ciddi problem yaranıb. 

Bu haqda Moderator.az-a E.Hüseynov özü məlumat verib və hazırda Türkiyədə müalicə olunduğunu bildirib:

“Konsert ərəfəsində səhhətimdə problemlər yarandı və konsertdən sonra Türkiyəyə müalicəyə gəlmişəm. İnsanıq da olur ki, qəfildən səhhətimizdə hansısa fəsadlar üzə çıxır. Müalicələrim müsbət təsir edib və özümü yaxşı hiss edirəm. İnşallah bir həftəyə, ya da 10 günə vətənə qayıdacam. Çox sağ olun ki, mənimlə maraqlanırsınız”. 
Qeyd edək ki, konsert zamanı E.Hüseynovun səhnədə yeriyərkən axsaması tamaşaçıların da diqqətini cəlb etmişdi. 



Geri qayıt