Türkiyəli məşhurlar Qarabağ haqqında film çəkəcəklər - FOTOLAR

Türkiyəli məşhurlar Qarabağ haqqında film çəkəcəklər - FOTOLAR

“Kuruluş Osman”da Demirci Davut, “Kurtlar Vadisi Pusu”da Karaca Ahmet, “Acı Hayat”da Hasan, "Sırlar dünyasında“ Vahit-Hasan, "Deli Yürek” serialında Sabri obrazlnı canlandıran Ahmet Yenilmez komandası ilə birgə Azərbaycana dəvət olunub, Qarabağ haqda film çəkəcəklər".
 
Bu barədə müğənni Həbibi sosial şəbəkədə məlumat paylaşıb.
 
O, qeyd edib ki, TRT Türkiyə Radio-Televiziya Qurumu ilə Azərbaycan Televiziyasının birgə “Qarabağ haqqında sənədli film” layihəsi hazırlanır:
 
"Ekran işinin rejissorluğunu Ahmet Yenilmezin oğlu - Burak Alp Yenilmez edəcək.
 
Layihənin əsas məqsədi 30 il ərzində Qarabağda nələrin dəyişdiyini göstərmək, işğaldan zərər görmüş, vətənini və doğmalarını itirmiş şəxslərin zəfər sonrası xoşbəxtliyini, gələcək planlarını və geri dönüş xəyallarını işıqlandırmaqdır".
 
Məlumata görə çəkilişlər Bakı, Gəncə və Kəlbəcərdə baş tutacaq.





Facebook-da paylaş