Vətən müharibəsinin ilk xanım şəhidinin büstü hazırlandı - FOTO


Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi hərbi tibb qulluqçu Arəstə Baxışovanın büstü hazırlanıb.

Büst gənc heykəltaraş Müstəqil Balayev tərəfindən hazırlanıb.

Xatırladaq ki, Vətən müharibəsinin  tək şəhid xanımı olan Arəarə Baxışova  Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb.

 Hərbi tibb qulluqçusu çavuş Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bütün şəhidlərimiz əziz və unudulmazdırlar. Allah hər birinə rəhmət eləsin!






Facebook-da paylaş