“Ermənilər bu gün Qarabağı tərk etdilər, sabah Ermənistanı itirəcəklər...” Aktyor ermənilərə nifrətini də gizlətməyib- FOTOLAR



Azərbaycandan çox gözəl mesajlar alıram. İndiyə qədər mənə bir mənfi söz yazan olmayıb, sizlərə də bu yaraşır zatən. O qədər istiqanlı insanlarsız ki. Mən öz ölkəmdəki insanlardan bu qədər səmimi və isti mesajlar almamışam. Daha çox mənfi obrazlarda oynadığıma görə roluma sevərək nifrət etdiklərini bildirirlər (gülür). Buna görə qürurlanıram, çox xoşbəxt oluram. Demək ki, obrazı sevdirməyi bacarıram”.



Bunu Moderator.az-a tanınmış aktyor Levetn Sülün deyib. Azərbaycanlı tamaşaçıların sevərək izlədikləri “Kurtlar vadisi” və “Diriliş Ərtoğrul” seriallarında baş rollarda çəkilən aktyor ölkəmizə qəlbən bağlı olduğunu bildirib.



“Azərbaycan deyəndə məndə axar sular durar. Çünki nəticədə biz iki dövlət, bir millətik. Qardaş olduğumuz üçün Azərbaycanın yeri mənim qəlbimdə başqadır. İnsanlarınız çox vətənpərvərdir, torpağa bağlıdır. Bu cür qardaşlıq heç bir dövlətdə yoxdur. Buna görə də sizin zəfəriniz, qələbəniz həm də bizim idi. Türkiyədə də bu bir bayram kimi qeyd edildi. Biz sanki öz torpaqlarımızı geri almışdıq, elə sevinirdik ki. Təki hər zaman torpağımıza, vətənimizə görə sevinək. Mən bilirəm ki, sizlər də bizim qələbəmizə, uğurumuza ürəkdən sevinənlərdənsiz” - deyə aktyor bildirib.





Aktyor ermənilərə nifrətini də gizlətməyib:

“Azərbaycan uzun illərdir mənfur ermənilərin soyqrımı ilə, təxribatları ilə üzləşir. O qədər yalançı millətdir ki.. Mənim ermənilərə böyük nifrətim var. Onlar deyirlər ki, türklər, azərbaycanlılar bizə qarşı soyqrım törədiblər. Kim bu boyda qırğın törətdə utandığından susar, danışmaz. Amma bunların danışmağa sözləri də tükənmir.. Madam ki, türklər sizə qarşı soyqrım törədiblər, açın faktları qoyun ortalığa. Bunu sübut edin. Çox təəssüf ki, bəzi dövlətlər də onların bu yalanlarına inanırlar. Yaxşı, bəs Ermənistan Azərbaycanın torpaqlarını işğal edəndə, soyqrım törədəndə harada idiniz? Niyə səsinizi çıxarmırdınız? Bu sizə sərf etmirdi? Ermənilər bu gün Qarabağı tərk etdilər, sabah Ermənistanı itirəcəklər. Qarabağ sadəcə bir başlanğıcdır” - deyə aktyor bildirib.



Məşhur aktyor hazırda da bir filmə çəkildiyini bildirib.

“Filmin adı “Sakin ol” adlanır. Komediyadır, maraqlıdır. Mövzusu bundan ibarətdir ki, Amerika bir dərman icad edir, bu dərmanı qəbul edən dünyadakı hər kəs vəhşiləşir, terror aktı törədir. Amma dünyada tək bir yer-Türkiyənin İzmir şəhəri bu dərmanın təsiri altına düşmür. Onlar öz agentlərini Türkiyəyə göndərirlər və bütün əsas hadisələr də bundan sonra başlayır. Dərmanın niyə işə yaramadığını anlamağa çalışırlar” - deyə Levent Sülün bildirib.




Facebook-da paylaş