“Milyonlarla insan məscidlərdə sağalmağım üçün dua edəndə məttəl qalmışdım...”



“Son bir ili qardaş ölkədə İstanbul şəhərində müalicə olunurdum və bunu xalqım bilir. Qardaş ölkə olsa da, inanın ki, öz topağım, dostlarım, insanlarımız üçün çox darıxırdım”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadə deyib. Müğənni həmişə torpağına bağlı olduğunu və qərib ölkədə darıxdığını bildirib:

“Hələ ki, Bakıdayam. Avqust ayını da burda olacam. Səhhətim normaldır, amma müayinə üçün Türkiyəyə getməliyəm. Son bir ili qardaş ölkədə İstanbul şəhərində müalicə olunurdum və bunu xalqım bilir. Qardaş ölkə olsa da, inanın ki, öz topağım, dostlarım, insanlarımız üçün çox darıxırdım. Necə olursa olsun, özümü ona görə xoşbəxt hiss edirəm ki, sağlamam, Allah ömür verib. Mənə həyat verən, ölümdən xilas edən insanlar var. Mən ölkə başçımız İlham Əliyevə və  Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığımı bildirirəm. Türkiyədə xəstəxanda müalicə olunanda inanın ki, milyonlarla insanın mənə məscidlərdə dua etməsinə məttəl qalmışdım. Deyirdilər ki, “Yalçın sağ-salamat evinə qayıtsın”. Bildim ki, mən həyatda boş yerə yaşamamışam. Amma həqiqətən də nəyim varsa, həyatda onu millətimə və xalqıma əsirgəməmişəm. Çünki mən öz torpağımı, elimi-obamı çox istəyirəm”. 

Xalq artisti Qurban bayramı münasibətilə millətimizi təbrik edib:

“Qurban bayramı biz müsəlmanların ən müqəddəs bayramlarından biridir. Bu bayramı həm qardaş ölkə Türkiyədə, həm də bizdə çox geniş şəkildə qeyd edirlər. Mən xalqımın Qurban bayramını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər azərbaycanlının evində xoşbəxtlik və sağlamlıq olsun. İndi çətin bir dövrdə yaşayırıq, bir tərəfdən düşmənlərimiz və digər tərəfdən də virusla mübarizə aparırıq. Mənim millətimi, torpağımı Allah qorusun. Xalqıma ilk öncə can sağlığı arzu edirəm, çünki mən bilirəm bu nə olan şeydir. Sonra isə əmin-amanlıq arzu edirəm. Bizim xalqımız çox gözəl millətdir, sülhsevər millətik, amma bizə toxunsalar, cavab verməyə gücümüz də var. Bizim kimi qonaqpərvər xalq dünyada yoxdur. Ona görə xoşbəxtəm ki, mən bu millətin nümayəndəsiyəm. Nə yaxşı ki, bu torpaqda doğulmuşam. İnşallah hər şey qaydasına düşsün və mən efirlərə çıxıb millətimlə görüşəcəm”. 


Facebook-da paylaş