Prezidentin ev hədiyyə etdiyi Əməkdar artist DANIŞDI: "Şokdayam"

Prezidentin ev hədiyyə etdiyi Əməkdar artist DANIŞDI: "Şokdayam"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.

Həyəcanlı və sevincli səsi ilə zəngimizə cavab verən aktrisa ilk təəssüratlarını Publika.az-la bölüşüb:

“Gözləmirdim, çox həyəcanlıyam, şokdayam, hələ də içim əsir. Lapdan olan bir xəbər oldu. İnanın ki, deməyə söz də tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, Allah Prezidentimizi də, dövlətimizi də qorusun. Xəbəri birinci İcra Hakimiyyəti çatdırdı, getdik sərəncamı verdilər”.




Facebook-da paylaş