Azərbaycan təmsilçisi beynəlxalq festivalın qran-pri mükafatına layiq görülüb



AzFakt.info Moderator.az-a istinadla xəbər verir ki, 26-29 aprel tarixlərində Qazaxıstanın Aktau şəhərində beynəlxalq musiqi festivalı keçirilib. Müstəqil türk dövlətləri ilə yanaşı, Rusiya Federasiyasındakı türk respublikalarının, Uzaq Şərq ölkələrinin də qatıldığı festivalda Azərbaycanı təmsil edən tanınmış tarzən Ayaz İmranov festivalın ən yaxşısı kimi qran-pri mükafatına layiq görülüb. Onun tarda ifa etdiyi həm Azərbaycan, həm də qazax mahnıları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Ölkəmizi təmsil edən nümayəndə heyəti bu gün vətənə qayıdacaq.



Facebook-da paylaş