Xalq artistləri yeni başçı ilə restoranda... - FOTO





Muğam Müsabiqəsinin bu həftə İsmayıllı və Şamaxıda keçirilən növbəti turunda Şamaxı rayon icra başçısı Azərbaycanın sevilən sənətkarları, məşhur muğam ustaları ilə görüşüb.

Bu haqda Kult.az-a müsabiqənin münsif heyətinin üzvlərindən olan xalq artisti Mənsum İbrahimov məlumat verib.
İfaçı bildirib ki, Muğam Müsabiqəsi bu həftə İsmayıllı və Şamaxıdan canlı yayımlanıb. Müsabiqədən sonra Şamaxının yeni icra başçısı Tahir Məmmədov sənətkarları ziyarət edib.

Görüşdə icra başçısı Tahir Məmmədov Bakıdan gələn qonaqlarla xatirə fotosu da çəkdirib.

Görüşdə xalq artistləri Əbdül Mahmudov, Alim Qasımov, Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov da iştirak ediblər.






Facebook-da paylaş