Şair Mikayıl Müşfiqin xatirəsi yad edildi -FOTOLAR

   



Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxanın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən AzFakt.info-ya verilən məlumata görə, Mikayıl Müşfiq muzeyində baş tutan tədbirdə muzeyin direktoru Orxan Əzimov şairin qisa ömür yolu və yaradıcılığı, o cümlədən, muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Şairin abidəsi önündə davam edən tədbirdə yazıçı Hafiz İmamnəzərli, şairə, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək tədbir haqqında məlumat veriblər. Bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların mütaliə marağının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini uşaqlara tanıtmaqdır.

Daha sonra Mikayıl Müşfiqin şeirləri Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri İnci Hüseynzadə (“Zəhra üçün”), İsmayıl Hüseynov (“Sənin gülüşlərin”), Xoşqədəm Bağıyeva (“Gecə düşüncəsi”), Nəzrin Ağayeva (“Yaşa könül”), Zəhra Bəşirli (“Şeirim”), Mirvüqar Seyidzadə (“Torpaq”), İlahə Bağıyeva (“Küləklər”), Cavidan Mirzəzadə (“Qurban”), Lətifə Mahmudova (“Gəzdiyim yerlər”), Ayan Ağayevanın (“Ana”) ifasında dinlənilib.

Tədbir Mikayıl Müşfiq obrazının ifaçısı Ərtoğrul Salıflının ifasında şairin şeriləri ilə yekunlaşıb.








Facebook-da paylaş