Azərbaycanla Ukrayna arasında dostluq və diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş konsert keçirilib- Sumqayıtda







AzFakt.info-ya verilən məlumata görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər “Dostluq” mədəniyyət evi Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə Azərbaycanla Ukrayna arasında dostluq və diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirib.

Sumqayıt Dövlət Dram Teatrında baş tutan tədbirdə “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblı, “Səmt” estrada qrupu və uşaqlardan ibarət “Start” estrada qrupu qala-konsert proqramı ilə çıxış ediblər.

Konsert səfirlik nümayəndələri, qonaqlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Valentina Volkova tədbirdə çıxış edərək konsertdən məmnun qaldığını və belə bir proqramın təşkilinə görə şəhər rəhbərliyinə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinə, eyni zamanda “Dostluq” mədəniyyət evinə təşəkkürünü bildirib, əməkdaşlıq əlaqələrinin davam etdirilməsi üçün səylərini birləşdirəcəyini bildirib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti



















Facebook-da paylaş