"Buynuzlu xoruza sahib olduğum üçün çox xoşbəxtəm" - MARAQLI




Türiyənin İzmir şəhərində yaşayan gənc jurnalist Vedat Aksuya məxsus olan buynuzlu xoruz görənlərin diqqəti çəkir. 

Moderator.az xəbər verir ki, əyləncə məqsədi ilə toyuq saxlayan türkiyəli jurnalist bir neçə il əvvəl quşçuluqla məşğul olan dostlarından fəqli növlərdən olan yumurta alıb.

Yumurtalardan çıxan cücələrdən biri Aksunun diqqətini çəkib və sahibi qısa müddətdə böyüyən toyuq cücələrinin içindəki bir xoruzun buynuzu olduğunu görüb.

Bir müddət bu mövzu ilə bağlı araşdırma aparan Aksu xoruzunun Fransanın Marsilya şəhərində oxşar növləri olduğunu və"Buynuzlu Pad" adlandırıldığını öyrənib.

Nadir rast gəlinən buynuzlu bir xoruza sahib olduğu üçün xoşbəxt olduğunu dilə gətirən Aksu xoruzunun adını "Maykl" qoyub.

2 yaşlı xoruzun hər kəs tərəfindən maraqla qarşılandığını söyləyən gənc jurnalist xoruzu almaq istəyənlərin çox olduğunu, ancaq satmaq fikri olmadığını bildirib.



Facebook-da paylaş