Qeyri-adi canlı – Beyni yoxdu, 720 cinsiyyəti var!




Elm adamlarının belə tam olaraq nə olduğunu təsbit edə bilmədikləri canlı hər kəsi təəccübləndirir.

Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, Paris Zooparkı qeyri adi bir canlıya ev sahibliyi edir. “Blom”, yəni “damla” adı verilən qəribə canlı daha çox bitkiyə bənzəsə də elm adamları əminliklə söyləyirlər ki, o, bitki deyil.

Sözügedən zooparkda sərgilənən “Blom”  tək hüceyrəlidir və təbiətin sirlərindən biri hesab edilir. Qəribə canlının beyni olmasa da öyrənmə qabiliyyətinin olması və özünü iki dəqiqə ərzində “sağalda bilməsi” təəccüb doğurur.

Canlının bitki olmadığını əminliklə söyləyən elm adamları onun “göbələklə heyvan arasında bir varlıq” olduğunu bildirirlər. Beyni, ağzı və gözü olmasa da 720 cinsiyyəti olduğu məlumdur.

Paris Beynəlxalq Təbiət Tarixi Muzeyinin əməkdaşı Bruno Devid  əsrarəngiz canlı haqqında bunları söyləyib:
“Əslində tam olaraq nə olduğunu bilmirik. Bu gün belə bir göbələk, yoxsa heyvan olduğunu bilmirik. Bitki olmadığına əminik. Göbələklə heyvan arası bir varlıq kimidir. İki “Blom”u birləşdirdikdə biri öz “bilgilərini” dərhal digərinə ötürür. Beləcə digəri maneələri necə keçəcəyini anında bilir”.
 



Facebook-da paylaş