Sezen Aksu "İstiqlal" marşının müəllifinin evini gözəllik salonuna çevirib



Türk sənət ulduzu, müğənni Sezen Aksunun Bəylərbəyi ərazisində aldığı tarixi evi kirayəyə verdiyi ortaya çıxıb. 

Moderator.az xəbər verir ki, Sezen Aksu həmin üçmərtəbəli evi 2011-ci ildə 350 min türk lirəsinə alıb. 2014-cü ildə isə xarici görünüşünə dəymədən 500 min lirəyə evi təmir etdirib. Bu evdə vaxtilə Türkiyənin "İstiqlal" marşının müəllifi şair Mehmet Akif Ərsoy yaşayıb.
İndi bəlli olur ki, Sezen Aksu evi "Safiye Turan Beauty Studio" gözəllik mərkəzinə kirayə verib. Həm də evin gözəllik salonuna çevrilməsi təklifinin Sezen Aksunun özündən gəldiyi məlum olub. Buna görə Sezen Aksu sosial şəbəkələrdə ciddi qınağa gəlib. Hətta bəzi millətçi qruplar "Qanında türk qanı olmayan birisi "İstiqlal" marşının doğulduğu məkanı manikürə verər də..." deyə sosial şəbəkələrdə sənətçini qəzəblə ittiham ediblər.




Facebook-da paylaş