"Türklərdən bezmişəm və bir azərbaycanlıya aşiq olsam, atamı-anamı tanımaram..."



Türkiyənin sevilən ifaçısı İrem Derici  Bakıda konsert verib.

Axşam.az xəbər verir ki, səhnəöncəsi İrem Derici media nümayəndələri ilə görüş keçirib.

O, öncə makiyajı üzərində çalışan dünyaca məşhur stilist Anar Ağakişiyev haqqında danışıb:

“Əminliklə söyləyə bilərəm ki, Anar Azərbaycanın bir nömrəli makiyaj ustasıdır. Ya rəbbim, o necə insandır?! Bir saatın içində makiyajı, saçımı hazırladı. Onu sizdən oğurlayacam”.

Daha sonra isə müğənni türk kişilərindən bezdiyini və azərbaycanlı bir bəylə ailə həyatı qurmaq istədiyini dilə gətirib:

“Ölkənizdə çox kübar kişilər var. Artıq türklərdən bezmişəm və bir azərbaycanlıyla evlənmək istəyirəm. Aşiq olsam, atamı-anamı tanımaram. Sevgiyə görə, Bakıda yaşaya bilərəm. Əsas onun ağıllı və intellektual olmasıdır”.

Derici gecə ərzində "Zorun ne sevgilim", "Aşkımız olay olacak", "Tek tabanca", "Acemi balık", "Bazı aşklar yarım kalmalı", "Aşk eşitdir biz", "Kalbimin tek sahibine" və sair kimi mahnılarını ifa edib.
 
 
 
 




Facebook-da paylaş