Rus idmançı qadın bədəniylə kişilərə meydan oxuyur - MARAQLI...




Bodibildinqlə məşğul olan 28 yaşlı Natalya Kuznetsova 42 yaşlı ərindən böyük əzələləriylə görənləri şoka salır. 

Moderator.az xəbər verir ki, Natalya idmana 14 yaşında başlayıb və indi mükəmməl bədən quruluşuna malikdir. 170 santimetr boyunda olan Natalyanın çəkisi isə 102 kiloqramdır. 15 yaşında Zabaykalskı Kray vilayətində çempion olan Natalyanın açıqlamaları da insanları təəccübləndirib. 

Hazırda 28 yaşı olan dünya çempionu on il öncə tanış olduğu həyat yoldaşı Yusif Eyvazov haqda da maraqlı açıqlamalar verib: “Ərimin əzələləri mənimkindən balaca ola bilər. Bunun fərqi yoxdur, əsas odur ki, qarşılıqlı sevgi var”.

Natalya qadınlara da idmanla məşğul olmağı tövsiyə edib. O, ınstaqram səhifəsində paylaşdığı fotolarıyla minlərlə insanın diqqətini cəlb edir. Hətta onun bu fotolarını kişilər qısqanır.

Vasif Əlihüseyn











Facebook-da paylaş