“Yadplanetlilər Yerə enəcək” – Gələcəkdən gələn adamdan şok sözlər

 

2030-cu ildən gəldiyini iddia edərək bir-birindən ilginc açıqlamalar verən Noa adlı şəxs yenidən hər kəsi təəccübləndirib.

AzFakt.info xəbər verir ki, gələcəkdən gəldiyini deyən gənc dünyada baş verəcək hadisələrdən danışıb.

O, 2030-cu ildən gəldiyinin sübutu kimi naməlum “qara maddə” təqdim edib.
Noa nanoteknologiya adlandırdığı və milyardlarla mikroskopik ölçüdə robot istehsal etmək gücündə olduğunu iddia etdiyi maddənin insanların səhhətinin yaxşılaşmasında istifadə edildiyini bildirib.

Noa bundan əvvəl 2019-cu ildə Yer kürəsinə tez-tez UFO-ların gələcəyini və ABŞ-ın mərkəzi ştatlarında kəskin soyumanın baş verəcəyini demişdi.
Noanın iddiası doğru çıxdı və Amerikanın mərkəzi son illərin ən soyuq qışını yaşadı.

“Gələcəkdən gələn adam”ın digər iddiaları belədir:

Gələcəkdə Kanada, ABŞ və Meksika bir dövlətdə birləşəcək.

2020-ci ildə “A1 Machidan” adlı insane oxşar robot istehsal ediləcək və dünya miqyasında buna qarşı kütləvi etirazlar baş qaldıracaq.

2020-ci ildə Donald Tramp yenidən ABŞ prezidenti seçiləcək.

2028-ci ildə yadplanetlilər və “zaman maşını” dünya əhalisinə təqdim olunacaq. Həmin il yadplenetlilər dünyaya gələcək və Kanada baş naziri ilə görüşəcək.

İnsan mənəviyyatı kompüterlərə köçürüləcək və bu, ölümsüzlüyün ilk addımı olacaq.

İngiltərə 2030-cu ilə qədər şok olaylarla üzləşəcək.

2030-cu ilədək Avropa İttifaqı ölkələri Avropa Birləşmiş Dövlətləri adı altında birləşəcək.


Facebook-da paylaş