Dövlət başçısı öz mühafizə generalı ilə evləndi - MARAQLI...



Moderator. az xarici mətbuata istinadən xəbər verir ki, Tailand Kralı Maha Vaçiralonqkorn (Rama X), öz mühagizə rəisi, general xanım Suthida Ticai ilə evləndiyini  elan edib.

Onlar qanuna və kral ənənələrinə uyğun olaraq evləndikləri üçün, kraliça Suthida ailənin statusu və tituluna müvafiq olaraq,  bütün imtiyazlara malikdir.

Qeyd edilir ki,  4-6 mayda keçirilməsi  nəzərdə tutulan 66 yaşlı kralın tacqoyma mərasimi ərəfəsində nikah haqqında  xəbərlər “Kral qəzeti”ndə çap olunub. 


41 yaşlı kraliça əvvəllər Thai Airvays şirkətində stüardessa kimi çalışıb. Sonra varis şahzadə Rama X –in ailəsinin mühafizə rəisi vəzifəsinə təyin olunub.  Tezliklə xanım rəis genral rütbəsinə qalxır və kral ailəsinin mühafizəsi ilə məşğul olur.

Maxa Vaçiralonqkorn isə 1 dekabr 2016-cı ildə 70 il ölkəni idarə edən atasının  vəfatından sonra  kral elan edilib.



Facebook-da paylaş