"Kişilər qadınların intellektini, savadını deyil, yalnız gözləri önündə dayanan büstü görür..."



Amerikalı sosioloq Anna Rossdeyl qadın döşünün ölçüsü ilə onun sahibinin intellekt səviyyəsini tutuşdurub və özü üçün də xoşagəlməyən nəticəyə gəlib.

Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, amerikalı sosioloqun tədqiqatında 1200 qadın iştirak edib.

İştirakçı xanımlar döşlərinin ölçüsünə görə beş qrupa bölünüb (A,B,C,D,E). Sonra onlara təklif edilib ki, İQ testindən keçsinlər. Nəticələr gözlənilməz olub, hətta tədqiqatçının özü üçün də.

Testin nəticələrinə görə iri həcmli döşləri olan xanımlar daha yaxşı nəticələr göstərib. Onların intellekti daha kiçik formaya malik xanımlarınkından orta hesabla on bal yüksək olub. 

“Mənim üçün bunu etiraf etmək çətindir, çünki özüm A ölçüsünü daşıyıram. Amma, fakt faktlığında qalır. Etiraf etmək lazımdır ki, iri döşləri olan xanımların intellekt faizi xeyli yüksəkdir, nəinki mini-büst sahibləri xanımların” - Anna Rossdeyl öz elmi işini belə şərh edib.

Bununla belə tədqiqatçı xanım bu qənaətə gəlir ki, iri döş sahibləri olan xanımlar öz intellektlərini göstərə bilmirlər, ona görə ki, kişilər onların intellektini, savadını deyil, yalnız gözləri önündə dayanan büstü görür. ”Hətta qadın kişiyə Eynşteynin nisbilik nəzəriyyəsini izah etsə belə, onsuz da o, zombi kimi  dekolteyə baxacaq. Nəticədə də onun yadında intellekt yox, yalnız iki təpə qalacaq” - Anna deyib.

Kişilər tədqiqatçının şərhi ilə razılaşıblar.



Facebook-da paylaş