Yaponiyanın bilmədiyimiz qəribəlikləri



 

AzFakt.info
 Moderator.az-a istinadən dünyanın ən rəngli mədəniyyətlərindən birinə sahib  Yaponiya ilə əlaqədar  çox maraqlı məlumatlar təqdim edir.

1.Yaponiyada bir ildə təxminən, 1500 zəlzələ baş verir;

2.Yaponiya, 6800-dən çox adacıqdan meydana gəlib;

3.Burada  ev  heyvanlarının  sayı uşaqların  sayından çoxdur;

4.Yaponiyada gecəyarısı rəqs etmək qadağandır;

5.Dünyada ən uzun müddət fəaliyyət göstərən şirkət 578 - 2006  (1428 il) Konqo Gumi adlı bir Yapon inşaat firmasıdır;

6.Yaponiya xalqı, Titanik gəmisindən  xilas  olan vətəndaşlarına qorxaq kimi baxır;

7.Yaponyada iş yerinde yatmaq gərgin əməyin nəticəsi kimi dəyərləndirilir;

8.Yaponiyada içindən şose keçən bir bina mövcuddur;

9.Yaponlar qara pişiklərin şans gətirdiyinə inanır;

10.Yaponlar etdiyi hansısa  səhvdən ötrü  bağışlanmaq məqsədilə  saçlarını təraş edirlər;

11.Yaponiyanın bir adasında dovşanlardan başqa heyvan yaşamır;

12.Dünya Müharibəsi zamanı yaponlar tərəfindən öldürülən çinlilərin sayı soyqırımda  öldürülən yəhudilərin sayından çoxdur.




Facebook-da paylaş